Əvvəl pulunu, sonra maşını əlindən alır-Şikayət
15:30 SosialSon vaxtlar sifarişlə xaricdən gətirilən avtomobillərlə bağlı çoxsaylı problemlər müşahidə olunmaqdadır. Xüsusən, sifarişi icra edən avtomobil satış mərkəzləri ilə sifarişçilər arasında yaranan anlaşılmazlıq məhkəmə müstəvisinə qədər davam edir. Sanki avtomobil satış mərkəzləri bütün mümkün variantlardan istifadə edirlər ki, vətəndaşları borcli çıxarsınlar. Redaksiyamıza müraciət edən Manafov Məğrur Məlik oğlunun şikayəti də avtomobil satış mərkəzlərindən birinin əməlləri ilə bağlıdır. Şikayəti olduğu kimi təqdim edirik:
"Yazıb sizə bildirirəm ki, mən Manafov Məğrur Məlik oğlu Abşeron rayonu Saray qəsəbəsində yerləşən "HƏMİD AVTOSALON" 06.08.2025-ci il tarixdə ilkin ödəniş 8000 AZN və 30 aylıq hər ay 1071 AZN ödəmək şərti ilə 90 BB 996 dövlət qeydiyyat nişanı olan HUNDAY SONATA markalı maşın üçün 2 tərəfli müqavilə bağlandı. 3 ay ödəniş etdim və 4 cü ayda ailə vəziyyətimlə və xəstəm olması ilə əlaqədar maşın satmaq məqsədilə 20.12.2025 ci il tarixdə maşinmi istəyən vətəndaşla "HƏMİD AVTOSALON"a getdik. Mən ora getməmişdən əvvəl bir neçə dəfə əlaqə saxladım telefonlarıma cavab verən olmadı .Telefona cavab verməyən müəsisənin məsul şəxlərindən olan Vüsalə xanım idi. Bizi ilk görəndə xoşluqla qarşılayıb sonra mənə yüksək səslə hədə-qorxu gəldi. Məni hədələyərək psixoloji təsir göstərdi.
Nəticədə psixoliji durumum pozuldu, özümdə olmadığımdan az qala yoldan yüksək sürətlə hərəkət edən maşının altina düşəm. Həmin vəziyyətimdən istifadə edərək müəsisənin məsul şəxləri mənə hədə-qorxu gələrək 500 AZN məbləğində pul təklif edərək heç bir qanuni əsası olmadan, ilkin ödənişi və üç aylıq ödənişimi nəzərə almadan 2 tərəfli bağlanmış müqaviləyə xitam verdilər. Məni polislə hədələyərək maşını əlimdən aldılar. Çox yalvardım, çox xahiş etdim, lakin heç bir nəticəsi olmadı. "HƏMİD AVTOSALON"un qanunsuz hərəkətləri ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət etsəm də heç bir tədbir görülməyib. Sizdən çox xahiş edirəm, mənim hüquqlarımın bərpa olunması və qanuni yolla əldə etdiyim avtomobilin geri qaytarılmasına köməklik göstərəsiniz".
Qeyd edək ki, şikayətçi baş verən qanusuzluqla bağlı Baş Prokurorluq, Baş prokurorluq yanında korrupsiya Qarşı Mübarizə İdarəsi, DİN, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, MTN və Ombudsmana müraciət edib.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.