Sumqayıt–Bakı qatarına yeni dayanacaqlar əlavə edildi

Bu gündən etibarən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bu barədə Trend-ə ADY-dən məlumat verilib.

Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

Yeni hərəkət cədvəli: https://ticket.ady.az/az/yeni-hereket-cedveli

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31