Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir

Həcc ziyarəti üzrə kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir.

Milli.Az xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb.

"Vətəndaşlardan xahiş edirik ki, təyin olunmuş vaxt bitməmiş, yerlər tamamlanmamış gəlib qeydiyyata alınsınlar", məlumatda qeyd edilib.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31