"Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi" kitabının təqdimatı keçirilib- ÖZƏL

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Mediasiya Şurasının dəstəyi ilə 19 yanvar 2026-ci il tarixində 124 nömrəli məktəbdə Mediasiya Şurasının üzvü, Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru, pedaqoq, müəllim Vəfa Seyfullayevanın müəllifi olduğu "Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi" kitabının təqdimat mərasimi keçirilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, təqdimat mərasimində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi Əfqan İsgəndərov, 124 nömrəli məktəbin direktoru Reyhan Ələkbərova, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Vəfa Seyfullayeva çıxış edərək "Həmyaşıd mediasiyası: Barış və dialoqun bələdçisi" kitabının münaqişələrin həlli, sosial ədalət və gənclər arasında sağlam ünsiyyətin təşviqi məqsədilə hazırlanmış bir qaynaq olub, həm nəzəri bilikləri, həm də real dünya təcrübələrini birləşdirərək həmyaşıd mediasiyasının vacibliyini, necə işlədiyini və bu sahədəki uğurlu layihələri və praktikaları təqdim etdiyini bildirib.
Çıxış edən digər iştirakçılar da mediasiya sahəsinin məktəblərdə və gənclər təşkilatlarında mediasiya biliklərinin təbliğinin önəmini qeyd edib, və kitabın praktiki nümunələrlə dolu olduğunu və real həyatda tətbiq üçün faydalı olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31