Məşhur psixoloqa 10 ay həbs cəzası verildi

Türkiyənin tanınmış klinik psixoloqu, yazıçı və televiziya proqramı aparıcısı olan Esra Ezmecinin iş yerindəki lövhəsində istifadə etdiyi "klinik psixoloq" titulunun saxta olduğu iddia edilib.

Musavat.com xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma başa çatdıqdan sonra Esra Ezmeci barəsində ittiham aktı hazırlanıb. İttiham aktında Ezmecinin səlahiyyəti olmadığı halda fərqli bir peşəkar unvandan istifadə etdiyi və bunun cinayət tərkibi yaratdığı qeyd olunub.

Prokurorluq Esra Ezmeci haqqında "Təbabət və onun şöbələrinin icra qaydasına dair qanun"un pozulması maddəsi ilə cəza tələb edib. Məsələ ilə bağlı məhkəməyə rəsmi olaraq cinayət işi göndərilib. 

O, 10 ay həbs cəzasına məhkum edilib. Məhkəmə, Ezmecinin keçmişini və hüquqi statusunu nəzərə alaraq, hökmün elan edilməsini təxirə salmaq qərarına gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31