Yaxın vaxtlarda müharibə əlillərinə evlərin verilməsinə başlanılacaq
11:53 SosialYaxın vaxtlarda müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin ailələrinə evlərin verilməsi prosesinə başlanılacaq.
Bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarıni cavablandırarkən bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Çernobıl qəzası ilə əlaqədar əllilliyi olan şəxslərə də 2026-cı il uzrə mənzil verilməsi prosesinə də tezliklə başlanılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31