İndiyə qədər 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb
11:44 SosialÖtən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan 132 uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib.
Trend xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artıq 4 ildir ki, icra olunan layihəmiz çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçirilir:
"Ötən il 4 qrup olmaqla ümumilikdə bu kateqoriyadan 132 uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib. Uşaqlar Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar. Eyni zamanda ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyaları təşkil edilib. 2022-ci ildən bu günədək isə 360 ukraynalı uşaq ölkəmizdə reabilitasiya xidmətlərindən yararlanıb".