Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
11:21 Sosial20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, anım tədbirinin keçiriləcəyi "20 Yanvar", eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən "İçərişəhər" və "Elmlər Akademiyası" stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.
Saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31