Masallı 1 saylı mediasiya təşkilatının yekun hesabat iclası keçirilib
19 Yanvar 10:28 SosialMasallı Mediasiya Təşkilatında təşkilatın direktoru Xanhüseyn Səmədov, mediatorlar Könül Rəcəbova və İnqilab Bayramovun iştirakı ilə 2025-ci il ərzində görülmüş işlərin yekunu ilə bağlı iclas keçirilib. Mediasiya Şurasından "Olaylar" bildirilib ki, təşkilatın direktoru Xanhüseyn Səmədov 2025-ci il ərzində görülmüş işlər barədə hesabat arayışı ilə çıxış edərək, təşkilatın əsas hədəfinin uğurlu mediasiya proseslərinin aparılması, keyfiyyətli barışıq sazişlərinin tərtib edilməsi və uğurlu marketinq fəaliyyətinin aparılması olduğunu bildirib.
Mediatorlar Könül Rəcəbova və İnqilab Bayramov çıxış edərək gördükləri uğurlu işlər və yol verdikləri nöqsanlar barədə danışıblar.
Sonda 2026-cı ildə mediatorların effektiv fəaliyyətinə yönələn tədbirlərin həyata keçirilməsi, kommersiya və mülki işlər üzrə mübahisələrin mediasiya vasitəsilə həll olunmasına vətəndaşların cəlb edilməsi istiqamətində uğurlu marketinqin aparılması və təşkilatın digər fəaliyyət istiqamətləri üzrə daha uğurlu nəticələr əldə edilməsi üçün qarşıda duran vəzifələr və həmin vəzifələrin həyata keçirilməsi yolları müzakirə edilib.