Bakının bu ərazisində su olmayacaq

Bu gün Bakının Keşlə qəsəbəsində su kəsiləcək.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Keşlə qəsəbəsinin bir hissəsini içməli su ilə təmin edən magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə bağlı görüləcək işlər çərçivəsində bu gün gün ərzində həmin ərazinin su təchizatında müvəqqəti fasilə yaranacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31