Vikipediyada ən çox axtarılan 25 mövzu

Vikipediyada bütün dövrlər üzrə ən çox baxılan 25 sorğunun siyahısını təqdim edib.

Axşam.az xəbər verir ki, bu siyahını "Wikimedia" tərtib edib.

Siyahıya "İllər üzrə məşhurların ölümü" adlı səhifə liderlik edir. Bu səhifəyə 647 milyondan çox baxış olub. İkinci yerdə ABŞ haqqında məqalə (328 milyon baxış), üçüncü yerdə isə ABŞ-nin prezidenti Donald Tramp barədə məqalə (325 milyon baxış) qərarlaşıb.

Tam top-25 siyahı isə belədir:

İllər üzrə ölən məşhurların siyahısı - 647 025 321

ABŞ - 328 501 200

Donald Tramp - 325 397 973

II Yelizaveta - 253 385 102

Hindistan - 210 779 909

Kriştianu Ronaldo - 209 262 818

Barak Obama - 200 619 072

İlon Mask - 197 557 694

İkinci Dünya Müharibəsi - 196 185 039

Böyük Britaniya - 180 986 829

Lionel Messi - 169 027 752

Maykl Cekson - 168 519 508

"Taxt oyunları" - 166 648 136

Adolf Hitler - 163 955 099

Eminem - 159 866 098

Teylor Svift - 157 243 638

Birinci Dünya Müharibəsi - 156 010 435

"The Beatles" - 153 857 741

Dueyn Conson - 141 840 884

ABŞ prezidentlərinin siyahısı - 138 880 465

Kanada - 137 871 236

Ledi Qaqa - 137 724 118

"Oskar" mükafatı - 137 543 219

Freddi Merkuri - 134 515 769

Qeyd edək ki, yanvarın 15-də vikipediya 25 illik yubileyini qeyd edib. Yaranmasından bəri onlayn ensiklopediya 66,3 milyon məqaləyə qədər genişlənib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31