Gözünə linza taxan qız kor oldu

Rusiyanın Novosibirsk bölgəsindən olan bir qız gecə gözünə kontakt linzalar taxması səbəbindən görmə qabiliyyətini itirib.

Oxu.az  xəbər verir ki, məlumata görə, qız linza taxarkən gözün buynuz qişasını zədələyib. Yüngül zədə onun gözündə infeksiyaya səbəb olub. Bu da sürətli iltihaba və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarıb.

Qız əvvəlcə gözündə qızartı və şiddətli qıcıqlanma hiss edib, lakin oftalmoloqun təyin etdiyi müalicə faydasız olub.

Onun vəziyyəti pisləşib, ağrıları artıb və həkimlər daha sonra yoluxucu keratit diaqnozu qoyublar.

Bir neçə əməliyyat keçirsə də, həkimlər sonda qızın gözünün birini çıxarmağa məcbur olublar. Hazırda Rusiya sakini protez gözdən istifadə edir.

Problemlər bununla da bitməyib. Onun digər gözündə də iltihab və qızartı yaranıb.

Həkimlər onun səhhətini yaxından izləyirlər. İnfeksiya davam edərsə və ya immun sistemi zəifləsə, qızın digər gözünün də kor olmaq təhlükəsi var. Bundan əlavə, xəstəlik və zəifləmiş immun sistemi səbəbindən qızda diabet də inkişaf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31