Cəmiyyət "Toyuğun başını və ayağını yenidən toyuqlara yem kimi verirlər?
21:23 SosialEfirdə qalmaqal yaşanıb.
Olaylar.az xəbər verir ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri (APEPEA) Mürvət Həsənli ilə kulinar - qida texnoloqu Mübariz Vəliyev arasında mübahisə yaranıb.
Mübariz Vəliyev ölkədəki broyler toyuqlarının başı və ayağının toyuqlara yem kimi verilməsini iddia edib. Mürvət Həsənli isə əksinə həmin hissələrin birbaşa Çinə ixrac olunduğunu bildirib. Texnoloq bildirib ki, Mürvət Həsənli efirdən əvvəl ondan broylıer toyuqları barədə danışmamağı xahiş edib. Sözlü mübahisə dava çevriləcəyindən efirdə reklam fasiləsi elan olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31