İşçi ictimai vəzifələrin icrasına cəlb edildikdə maaşı saxlanılmayacaq
18:07 Sosialİşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallarda dəyişiklik edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməli idi.
Qanunla sözügedən müddəa qanunvericilikdən çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31