Venesuelada nazirliklər birləşdirildi
17 Yanvar 12:07 SosialVenesuela prezidenti vəzifəsini icra edən Delsi Rodriges bir sıra mühüm kadr dəyişiklikləri edib.
Bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.
Rodriges bildirib ki, ölkənin iqtisadi inkişafında əsas rol oynayan Sənaye, Milli İstehsal və Milli Ticarət nazirliklərini birləşdirməyi qərara alıb. Yeni birləşdirilmiş quruma Luis Antonio Villeqas rəhbərlik edəcək.
Bundan əlavə, Nəqliyyat, Ekososializm, Rabitə və İnformasiya nazirliklərinin rəhbərləri də yenilənib. Qeyd olunur ki, təyin olunan bütün yeni nazirlər ya əvvəlki hökumətin üzvü olub, ya da hakim Sosialist Partiyasının üzvləridir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31