Yardımlıda “ Milli Qürur və Matəm günü ” mövzusunda tədbir keçirilib
17 Yanvar 11:05 Sosial
Yardımlı Tarix-Diyarşünaslıq Muzeyi və Yardımlı Peşə Məktəbinin kollektivi ilə birgə 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş " Milli Qürur və Matəm Günü" mövzusunda tədbir keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə muzey əməkdaşları və məktəbin kollektivi iştirak edib, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin fond mühafizi Anar Baloğlanlı çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsində tutduğu mühüm yerə toxunaraq faciənin tarixi-siyasi mahiyyətini diqqətə çatdırıb .
Sonda tədbir iştirakçıları muzeydə hazırlanmış sərgiyə baxış keçirdilər və xatirə fotoları çəkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31