Sığınacaqda yaşayan 8 uşağın anası valideynlik hüququndan məhrum edildi

Ötən il "Azərbaycan Uşaqlar Birliyi"nin sığınacağına yerləşdirilmiş 8 uşağın anası valideynlik hüququndan məhrum edilib.

Bu barədə qurumun rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.

Bəs kimlər valideynlik hüququndan məhrum edilir?

Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlər valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

-Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

-Alimenti qəsdən ödəmədikdə;

-Heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

-Valideynlik hüquqlarından sui-istifadə etdikdə;

-Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

-Xroniki alkoqol və narkomaniya xəstəsidirsə.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31