Güzəştlərdən məhrum etmək hədəsi ilə işçini əlavə işlətmək qadağan edilib
16 Yanvar 19:59 SosialƏmək müqaviləsində nəzərdə tutulan güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əlavə işi yerinə yetirməyə məcbur etmək qadağan edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Qanuna əsasən, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31