328 mindən çox "sənədsiz" ev qeydiyyata alındı
18:40 Sosial2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ümumilikdə 328 min 61 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib.
Verilən məlumata görə, qeydiyyata alınan mülkiyyət hüquqlarının 64 min 366-sı fərdi yaşayış və bağ evlərinin, 85 min 424-ü mənzillərin, 166 min 494-ü torpaq sahələrinin payına düşüb.
Bundan əlavə nəzərə çatdırılıb ki, həmin dövrdə 2 832 yaşayış binası, 8 172 qeyri-yaşayış sahəsi, 667 əmlak kompleksi, 103 çoxmərtəbəli yaşayış binası və 3 çoxillik əkmə üzrə mülkiyyət hüququ rəsmiləşdirilib.
Qeyd edilib ki, qeydə alınan mülkiyyət hüquqlarının 91 min 917-si Bakı şəhərinin payına düşür. Qalan mülkiyyət hüquqları isə ölkənin müxtəlif regionlarında rəsmiləşdirilib.