Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib
15:16 Sosial2026-cı il yanvarın 16-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul olunan vəkil köməkçiləri ilə görüş keçirib. "Olaylar" xəbər verir ki, Kollegiyanın inzibati binasında təşkil olunan görüş zamanı sədr Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə son illər VK-da aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər barədə ətraflı məlumat verən Anar Bağırov bildirib ki, hazırda Kollegiyada 400-dən artıq vəkil köməkçisi fəaliyyət göstərir. Bu göstərici vəkillik institutuna marağın artdığını və gənc hüquqşünasların peşəyə inteqrasiyasının genişləndiyini nümayiş etdirir.