35 seçicinin müraciətilə bağlı yerində qərar qəbul edilib- ÖZƏL
11:03 SosialMilli Məclsin deputatı Vüqar Bayramov növbəti vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı 35-dən çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul etdik.
Həmyerlilərimizin müraciətləri mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, pensiya məbləğinin yenidən hesablanması, bank kreditləri, sahibkarlıq fəaliyyəti, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər".