İllərlə sirr qalan xəstəliyin səbəbi üzə çıxdı

Avstraliyanın Qriffit Universitetinin alimləri xroniki yorğunluq sindromunun (mialgik ensefalomielit) mümkün bioloji səbəbini müəyyən ediblər. Araşdırmaya görə, bu xəstəlik zamanı hüceyrələrdə kalsiumun ötürülməsinə cavabdeh olan TRPM3 ion kanalının fəaliyyəti zəifləyir.

Milli.Az xəbər verir ki, alimlər qeyd edirlər ki, kalsium siqnalları immun sisteminin normal işləməsi üçün vacibdir və bu mexanizmin pozulması xroniki yorğunluq, ağrı, başgicəllənmə və zehni problemlərlə müşayiət olunan simptomlara səbəb ola bilər.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf xəstəliyin uzun müddət psixoloji problem kimi qiymətləndirilməsinə son qoya və yeni diaqnostika və müalicə üsullarının hazırlanmasına imkan yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31