Ünvanlı sosial yardımların məbləği artırılacaq

Ünvanlı sosial yardımlar üzrə maliyyələşmənin artırılması nəzərdə tutulur. 

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

Qeyd edib ki, ötən il ünvanlı sosial yardımların maliyyələşdirilməsi üçün 420 milyon manat vəsait ayrılmışdı.

Dövlət büdcəsində bu məqsədlə növbəti il üçün 467 milyon manat vəsaitin nəzərdə tutulması planlaşdırılır.

Qeyd olunur ki, ünvanlı sosial yardımlar ehtiyac meyarı əsasında müəyyənləşdirilir:

"Bu fərdi qaydada hesablanan yardımlarda özünü göstərməldir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31