Azərbaycanda mədəniyyət sahəsində institusional islahatlar aparılacaq

Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, o cümlədən idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nda öz əksini tapıb.

Belə ki, 2026-2027-ci illərdə mədəniyyət sahəsində icra funksiyasının dövlət siyasəti, dövlət tənzimləməsi və dövlət nəzarəti funksiyalarından ayrılmasının institusional yolları ilə bağlı təhlil aparılması, sahəvi idarəetmə ilə bağlı təkliflərin, o cümlədən normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi və mədəniyyət sahələrində idarəetmənin daha çevik, dayanıqlı, müasir və səmərəli təşkili planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31