Sabiq icra başçısından “Şərurlu İsfəndiyar”a sərt cavab
14:30 Sosial"Bunu kim deyir? Nə İsfəndiyar, nə 300 min? Belə şey yoxdur".
Milli.Az xəbər verir ki, bu sözləri Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərov "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun ondan 300 min rüşvət alması barədə iddiası barədə Gununsesi.info-nun sorğusuna cavabında deyib. Əlavə şərh verməkdən imtina edən sabiq icra başçısı telefonun dəstəyini asıb.
Xatırladaq ki, İsfəndiyar Axundov mediaya açıqlamasında Binəqədinin sabiq icra başçısına rüşvət verdiyini demişdi:
"İş görə-görə gəlib Hollivud şadlıq evinə əl qoydular və dedilər ki, 300-400 min manat verməlisən. Məcbur qalıb verdim. Başqa nə etməli idim?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31