Xalq artisti: “Onun əri bizimlə danışmağa qoymur”

Xalq artisti Brilliant Dadaşova açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, müğənni bacısı qızı olan həmkarı Səidə Dadaşovadan danışıb.

Sənətçi bunları deyib:

"İnsanı istifadə etmək üçün bəzən yönləndirirlər. Mən Səidəyə bu gün də, dünən də, sabah da, nə vaxt gəlsə, qucaq açaram. Bacısına demişəm ki, Səidə gəlsin. Deyib ki, "həyat yoldaşı mənimlə belə danışmağa, münasibət qurmağa icazə vermir". Çünki orada həyat yoldaşının maraqları var. Bu gün bizə də, bura da, ya da bacım İradəgilə də gəlsə, fərqi yoxdur. Səidə bizim canımız, qanımızdır, başqa söhbət ola bilməz. Öz maraqlarına görə, insanları yönləndirə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31