Günay Ağamalı öz yerini qızına verdi
13:13 SosialMilli Məclisin deputatı Günay Ağamalı vaxtilə ona məxsus olan "Buta" körpələr evi-uşaq bağçasının qanuni təmsilçisini dəyişib.
Qafqazinfo.az xəbər verir ki, millət vəkili bu vəzifəni qızı Nigar Həsənovaya təhvil verib.
Bu barədə məlumat Dövlət Vergi Xidmətinin portalında da yenilənib.
Xatırladaq ki, ötən ilin noyabrında "TikTok"da deputatın qızı olduğu iddia edilən Nigar Həsənovanın boynundan xaç asaraq rəqs etdiyi görüntülər yayılmışdı. Daha sonra deputat məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, videodakı şəxsin qızına bənzərliyi olsa da, onun övladı deyil.
Qeyd edək ki, bir neçə il əvvəl G.Ağamalıya məxsus olan "Buta" körpələr evində uşağın döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi araşdırmalardan sonra azyaşlının döyülməsi haqda iddialar öz təsdiqini tapmamışdı.
Bağçada təmsilçinin dəyişməsi ilə bağlı ilk məlumatı İqtisadiyyat.az yayıb.