Əldə edilən sosial-iqtisadi uğurlar bölgələrə də sirayət edib- ÖZƏL
10:53 SosialZaqatala Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağı keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Asif Əsgərov məlumat verib: "Tədbirdən öncə müasir müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin abidə kompleksi ziyarət olundu, abidə üzərinə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Əhmədzadənin 2025-ci il ərzində rayonda sosial-iqtisadi sahədə görülmüş işlərə dair hesabat məruzəsi dinlənildi. Məruzə ətrafında aparılan müzakirələrdən sonra çıxış edərək ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən, əldə olunan inkişaf göstəricilərindən bəhs etdik.
Eyni zamanda Zaqatala rayonunda həyata keçirilən quruculuq və abadlıq işlərini, icra olunan layihələri yüksək qiymətləndirdik, hesabat yığıncağının müsbət və səmərəli keçdiyini vurğuladıq. Qarşıdakı dövrdə rayonda nəzərdə tutulan işlərin uğurla icra olunacağına əminliyimizi ifadə edərək, növbəti ildə görüləcək fəaliyyətlərdə bütün məsul şəxslərə uğurlar arzuladıq".