Bakıda məşhur restoranda bədbəxt HADİSƏ - yaralanan var

Dünən axşam saatlarında Bakının Nizami küçəsində yerləşən "Bonte" restoranında tavan çöküb.

Restoranın tavanının çökməsi nəticəsində orada çalışan işçilər xəsarət alıblar.

Xəsarət alan əməkdaşlar xəstəxanaya çatdırılıblar. Bildirilir ki, yaralı əməkdaşların başına tikiş qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Özünü restoranın administratoru kimi təqdim edən Sani Quliyev faktı təsdiq edib. O deyib ki, hadisə zamanı bir nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.  /Gününsəsi.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31