Bakının Yeni il atəşfəşanlığını kosmosdan kim çəkib? – MARAQLI GÖRÜNTÜLƏR
10 Yanvar 14:58 SosialBakının Yeni il gecəsi işıqları və atəşfəşanlığını kosmosdan əks etdirən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, bu kadrları paylaşan şəxs NASA-nın fəaliyyətdə olan astronavtlarından biri - Chris Williamsdır.
Astronavt yazır ki, Yeni il gecəsi iş gününün sonunda Beynəlxalq Kosmik Stansiyanın pəncərələrindən birindən gecə çəkilişləri üzərində məşq edirmiş. Viliamsın sözlərinə görə, artıq keçməli olduğu müşahidə nöqtələrini geridə qoyduğunu düşündüyü anda aşağıda yerləşən şəhərin işıqlarının qəribə şəkildə "sayrışdığını" görüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31