Bu ərazilərdə işıq olmayacaq
10 Yanvar 09:13 SosialBu gün Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 110 kV-luq "Masazır-1" və "Xırdalan-5" hava xətlərində təmir işi aparılacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar saat 09:00-dan saat 15:00-dək Xırdalan şəhəri Hacı Zeynalabdin Tağıyev, Mehdi Hüseyn küçələri, Müşviq qəsəbəsi, 28 may qəsəbəsinin bir hissəsində, Sumqayıt yolunun ətrafında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31