Ötən il ərzində verilən reklam icazələrinin sayı məlum olub
9 Yanvar 19:28 Sosial2025-ci il ərzində 312210 ədəd reklam icazəsi verilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.
Bildirilib ki, icazələrin 145494-ü Bakı ŞRİ , 166716-sı Regional idarələr üzrə verilib.
"Cari ilin ilk 11ayı ərzində reklam yayımı dayandırılan (demontaj edilən) daşıyıcı sayı isə 50000-ə yaxın olub.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq, açıq məkanda yayımlanan reklamlara dair daha rahat, müasir və çevik rəqəmsal müraciət imkanları yaratmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) rəsmi internet səhifəsində yeni - "Açıq məkanda reklama ictimai nəzarət" adlı bölməni istifadəyə verib. Yeni rəqəmsal platforma vətəndaşlardan daxil olan müraciətlərin operativ emalını və təhlilini təmin etməklə açıq məkanda yayımlanan reklamların məzmunu, estetik görünüşü və təhlükəsizliyi ilə əlaqədar ictimai nəzarəti gücləndirməyə, proseslərin şəffaflığını və əlçatanlığını artırmağa xidmət edir.