Avtobuslarda məsafəyə görə ödənişin tətbiqi nə vaxt başlayacaq? - RƏSMİ AÇIQLAMA

T

Azərbaycanda ictimai nəqliyyat sistemində böyük dəyişikliklər gözlənilir.

Milli.Az xəbər verirt ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2026-cı ildən avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni model tətbiq olunacaq.

Bəs, avtobuslarla sərnişin daşımalarında məsafə əsaslı yeni modelin tətbiqinə nə vaxtdan başlanılması nəzərdə tutulur? Aylıq və illik paketlər, bir neçə marşrut üzrə vahid biletlərin tətbiqi üzrə işlər nə yerdədir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti dövlət qurumları tərəfindən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri və daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydası təsdiq ediləndən sonra "brutto-müqavilə" sisteminin tətbiqinə başlanılacaq.

Qeyd olunub ki, bu sistemin tətbiqindən sonra sərnişin axınından və sayından  asılı  olmayaraq, gecə saatlarına qədər müntəzəm marşutların hərəkəti təmin olunacaq:

"İctimai nəqliyyatda müxtəlif ödəniş üsulları, o cümlədən saatlıq, günlük, aylıq ödənişlərin və güzəştlərin tətbiqi məsələsinə ictimai nəqliyyatda nağdsız ödənişlərə keçid tam təmin edildikdən sonra baxıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31