"Rəqsanəyə 500 manat göndərmişəm" - Manaf Ağayev

"Rəqsanənin "Manaf məni axtarmayıb" deməsindən çox incidim. Bizdə adətdir ki, evin kişisi ilə danışarlar. Fazil bəy ilə bir ay hər gün danışmışam, artıq məndən bezmişdi".

Musavat.com xəbər verir ki, bu sözləri Manaf Ağayev "Tarixin bir günü" verilişində deyib.

O, Rəqsanənin iddialarına cavab verib:

"Həbsə gedən bir ortaq dostumuzla ona 500 manat pul göndərmişəm. O pul ona çatmayıbsa, mən nə edə bilərəm? O insana ar olsun. O adamı tapdım, dedim, sən məni biabır etdin. Yoldaşı ilə, ortaq dostlarımızla, əlimdən gələn hər şeyi etmişəm. Yanına getməyə icazə olsa idi, övladından qabaq mən gedərdim. Bunu bu aləmdə hər kəs bilir".

Qeyd edək  ki, "Tarixin bir günü" verilişinin ötən buraxılışlarında qonaq olan Manaf Ağayev Rəqsanə İsmayılovaya maddi dəstək olduğunu demişdi. Rəqsanə isə həbsdən azad olunduqdan sonra sənətçinin bu ifadələrini yalanlayaraq "Manafdan mənə heç bir dəstək olmayıb" sözlərini demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31