"Yazırdılar ki, bu nə gündədir, niyə özünü yığdırmır, bu nə görünüşdür, nə rəngdir? "
9 Yanvar 11:43 Sosial"Xalq ulduzu" Şəhla Həmidova "Günə Uğurla" verilişində qonaq olarkən diqqətçəkən açıqlamalar verib.
Müğənni efirdə bəzi sənət adamlarının görünüşü və estetik müdaxilələrlə bağlı mövqeyini açıq şəkildə ifadə edib. O, bildirib ki, son vaxtlar "müğənni" adı ilə təqdim olunan bəzi şəxslər onun adına belə xəcalət hissi yaşadır:
"Elə insanlar var ki, müğənni adı ilə televiziyada, sosial şəbəkələrdə təqdim olunurlar və öz adıma utanıram. Açıq deyirlər ki, niyə özünü yığdırmırsan? Axı bu simanı, bu bədəni mənə Allah verib. Əgər qəza olar, ciddi problem yaranar, onu başa düşərəm".
Şəhla Həmidova estetik müdaxilələrə ehtiyac duymadığını vurğulayaraq, təbii görünüşün onun üçün daha önəmli olduğunu deyib. Sənətçi bir hadisəni də xatırladıb:
"Yay idi, dəniz kənarında oturmuşduq. Ürəyimdən keçdi chr("39")Gecələrchr("39") adlı mahnımı oxudum. Orada nə makiyaj, nə də xüsusi hazırlıq var idi. Çəkiliş üçün getməmişdim, sadəcə oturmuşduq. Məni video çəkdilər və paylaşdım".
Müğənni həmin videodan sonra sosial şəbəkələrdə tənqidlərlə üzləşdiyini bildirib:
"Yazırdılar ki, bu nə gündədir, niyə özünü yığdırmır, bu nə görünüşdür, nə rəngdir? Amma videonu anlayan, dəyər verən insanlar da çox idi. Onlara təşəkkür edirəm". Milli.Az