Elnarə Abdullayeva: "Rəqsanənin cavabını efirdən verəcəyəm"
9 Yanvar 08:09 SosialMuğam ifaçısı, Əməkdar artist Elnarə Abdullayeva müğənni Rəqsanə İsmayılovanın onun ünvanına səsləndirdiyi ittihamlara reaksiya verib.
Xanəndə qaynarinfo-ya açıqlamasında bildirib ki, Rəqsanə İsmayılovanın cavabını efirdə verəcək:
"Gözdə-qulaqda olun, cavabı olacaq. Özü də efirdən. İndi desəm, marağı olmayacaq. Efirdən deyəcəm".
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova verilişlərin birində xanəndə Elnarə Abdullayeva və müğənni Könül Kərimovanın həbsdə olduğu zaman onunla maraqlanmadığını bildirib. Rəqsanə İsmayılova "İnsanın nə qədər adamı olsa da, gözü qapıda qalır. Mən Elnarə Abdullayevadan çox incimişəm. Sənətinə hörmətim var, yanına gedib muğam öyrənmişəm, Moskvadakı konsertində iştirak edib dəstək olmuşam. Könül Kərimova ilə də münasibətlərimiz yaxşı olub, dəfələrlə süfrəmin başında əyləşib", deyə hər ikisindən incidiyini bildirib.