Təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydası təsdiq edilib

"Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası" təsdiq edilib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qərarla həmçinin "Orta ixtisas təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası, "Peşə təhsili haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası" və "Ümumi təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi Qaydası" da təsdiq edilib.

Digər bir qərarla "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası" da təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31