Bakı–Balakən–Bakı marşrutu üzrə biletlərə 10% endirim edilib - ADY
8 Yanvar 14:44 SosialADY 5 yanvar 2026-cı il tarixindən etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə biletlərə 10% endirim tətbiq edir.
Olaylar xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı 16.20 AZN-dən başlayır.
Məqsəd sərnişindaşıma xidmətlərinin əlçatanlığının və keyfiyyətinin, həmçinin sərnişin məmnuniyyətinin yüksəldilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31