İndiyə qədər 75 uşaq himayədar ailələrə verilib - RƏSMİ
7 Yanvar 19:56 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2023-cü ilin noyabr ayından bu günədək 75 uşaq himayədar ailələrə verilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirikib ki, bununla əlaqədar qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:
"Himayədar ailələrə verilən uşaqlardan 33-ü oğlan, 42-i qızdır.
Qeyd edilən 75 uşaqdan 38-i hazırda Bakı şəhərində, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada - 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayırlar".