Fazil Mustafadan Fuad Məmmədova məktub

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədova məktub ünvanlayıb. Komitə sədri professoru yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edərək, Şura ilə Komitə arasında əməkdaşlığın daha da güclənəcəyinə inamını bildirib. Komitə sədri eyni zamanda vətəndaş cəmiyyətinin sağlam inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xüsusi vurğulayıb:
 
"Hörmətli Fuad müəllim,
Sizi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının sədri seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, bu məsul vəzifədə uğurlar arzulayıram!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin tək­milləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fər­manlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" Fərmanına əsasən, Agentliyin Müşahidə Şurasının formalaşdırılması və fəaliyyət mexanizmlərinin təkmil­ləşdirilməsi vətəndaş cəmiyyəti institutlarının rolunun daha da gücləndirilməsinə xid­mət edir.
Müşahidə Şurasının yeni tərkibdə ilk iclasında Sizin - tarix elmləri doktoru, professor, "Simurq" Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri kimi zəngin elmi və ictimai təcrübəyə malik bir Azərbaycan aydınının Şuraya sədr seçilməsi, bu etimadın tam əsaslı olduğunu bir daha təsdiqləyir.
Əminəm ki, Müşahidə Şurasının sədri olaraq fəaliyyətiniz, müvafiq sahədə şəffaf­lığın, hesabatlılığın və səmərəli fəaliyyətin daha da güclənməsinə önəmli töhfələr verəcək. Qarşıdakı fəaliyyət dönəmində, Agentliklə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi arasında əməkdaşlığın, ümumən dövlət-vətəndaş cəmiyyəti əmək­daşlığının daha da möhkəmlənəcəyinə inanıram.
Sizə bu yeni məsul vəzifədə möhkəm cansağlığı, Azərbaycan vətəndaş cəmiy­yətinin inkişafı naminə yeni uğurlar diləyirəm"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31