Stomatoloqlar TƏBİB-in qarşısında aksiya keçirir - VİDEO
7 Yanvar 12:20 SosialAzərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirirlər.Teleqraf.az xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıblar. Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər. İddialara görə, 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb. Aksiyaya yığışanlar bildirirlər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31