Ötən ay Qarabağ və Şərqi Zəngəzurda 5 min hektardan çox ərazi minalardan təmizlənib
7 Yanvar 10:30 Sosial2025-ci ilin dekabr ayı ərzində Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə əməliyyatları nəticəsində 5,098.7 ha ərazi təmizlənib.
Bu barədə ANAMA-dan bildirilib.
Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda 4 169 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
"Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2025-ci ilin dekabr ayı ərzində 4.4 ha ərazi təmizlənib, 5 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb",-deyə qurumdan əlavə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31