Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin tanınması ilə bağlı vəziyyət açıqlanıb

Ötən il xarici ölkələrdə verilmiş elmi dərəcələrin 35-i Azərbaycanda tanınıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

2025-ci ildə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınması ilə bağlı statistikaya görə ən çox tanınan ölkəTürkiyə (16 sənəd) olub. Ən çox tanınan sahə isə İqtisad elmləridir (13 sənəd).

Digər ölkələrlə bağlı statistika isə belədir: Rusiya (4), Almaniya (3), Ukrayna (3), Macarıstan (3), Fransa (2), Çexiya, Yaponiya, Finlandiya, Belçika - hərəsi 1 sənəd.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31