Azərbaycanlı aktyor ikinci xanımını QAÇIRIBMIŞ...
5 Yanvar 18:16 SosialTanınmış aktyorlar Elvin və Elvina Atakişiyevlər "Öz aramızda" verilişinin qonağı olublar. Proqramda cütlüyün şəxsi həyatına dair maraqlı detallar üzə çıxıb.
Milli.Az-ın məlumatına görə, məlum olub ki, Elvin və Elvinanın ailə qurmasına hər iki tərəfin ailəsi əvvəlcə qarşı çıxıb. Aktyor Elvin Ağayev bildirib ki, 7 il əvvəl Elvinanı qaçırıb və qısa müddət sonra adət-ənənəyə uyğun şəkildə toy mərasimi keçirilib.
Bundan başqa, Elvin Ağayev ilk evliliyi ilə bağlı da səmimi açıqlamalar verib. O qeyd edib ki, ilk dəfə 24 yaşında evlənib və bu qərarda ailə təzyiqi olub:
"İlk dəfə 24 yaşımda öz istəyimlə evləndim, amma ailə tərəfindən chr("39")evlənchr("39") deyə təzyiq də var idi. İndi Elvinaya deyirəm ki, əslində insan hər şeyi 31-32 yaşında dərk edir, elə mən o vaxt evlənməli idim".
Aktyor bildirib ki, Elvina ilə tanış olanda rəsmi olaraq 2 il idi boşanmışdı, ümumilikdə isə təxminən 4 il ayrı yaşamışdı. Keçmiş həyat yoldaşı ilə heç bir əlaqəsinin olmadığını deyən Elvin, yalnız övladları ilə münasibət saxladığını vurğulayıb:
"Keçmiş xanımımla qətiyyən maraqlanmıram, ailə qurub-qurmadığını da bilmirəm, maraqlı deyil. Övladlarımla görüşürəm, amma elə olur ki, yalan deməyim, bir ay görmədiyim olur".
Elvin Ağayev əlavə edib ki, Elvina ilə evlilik zamanı hər iki ailənin narazılığı olsa da, bunu anlayışla qarşılayıb:
"Elvina ilə evlənəndə hər iki tərəfin ailəsi narazı idi. Mən də onu qaçırdım. Sonra qısa müddətdə ənənəyə uyğun toyumuz oldu. Elvinanın ailəsinin reaksiyasını da başa düşürdüm. Ailənin, sevginin, həyat yoldaşının dəyərini hər mənada Elvina ilə ailə qurduqdan sonra tam anlamağa başladım".
Cütlüyün bu səmimi etirafları izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub