Energetika naziri Masallıda vətəndaşları qəbul edəcək

Energetika naziri Pərviz Şahbazov 2026-cı il yanvarın 23-də Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Masallı rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4400, Masallı şəhəri, Qarabağ küçəsi 17) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov; əlaqə telefonları: (+99425) 254-81-20, (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31