Bu il onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinə nə qədər vəsait ayrılacaq?

Onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə 118 milyon manat vəsait yönəldiləcək.

Bu, Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə öz əksini tapıb.

Belə ki, bu vəsaitin əsas hissəsi Milli Onkologiya Mərkəzinə, qalan hissəsi isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına və Səhiyyə Nazirliyinin onkoloji xəstəxanalarına (dispanserlərinə) ayrılacaqdır.

Əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, ölkədə ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkili məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 9 milyon manat vəsait ayrılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31