DİM tərəfindən təhsilalanların yekun qiymətləndirilməsi üçün ayrılan vəsait açıqlanıb
5 Yanvar 15:14 SosialDövlət İmtahan Mərkəzi tərəfindən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanların keçirilməsi ilə bağlı xərclər üçün 21,3 milyon manat ayrılacaq.
Bu, Maliyyə Nazirliyinin hazırladığı "Vətəndaşın büdcə bələdçisi"ndə öz əksini tapıb.
Belə ki, Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsait nəzərdə tutulub. Universitetdə 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası - 100 nəfər) üzrə 2025/2026-cı tədris ilindən etibarən 4000-dək tələbənin təhsil alması və yataqxanalarda yerləşdirilməsi planlaşdırılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31