Həftənin astroloji proqnozları- Aysel Sirius təqdim edir

♈ QOÇ / YÜKSƏLƏN QOÇ

Əziz Qoçlar, həftəyə sevgi həyatınız, övladlarınız və ya investisiyalarla bağlı mövzularla başlayırsınız. Gələcək planları qurmaq və mühüm qərarlar vermək istəyə bilərsiniz. Gündəlik rejiminiz, iş mühitiniz və sağlamlığınızla bağlı bir məsələ aydınlaşa bilər. İkili münasibətlərdə ünsiyyətə diqqət yetirmək vacibdir. Yanlış anlaşılmalar və mübahisələr yarana bilər. Sakit qalın və qərar verməzdən əvvəl özünüzə zaman verin.
♉ BUĞA / YÜKSƏLƏN BUĞA
Əziz Buğalar, həftə ev, ailə, valideynlər və ya evinizdə planlaşdırdığınız təmir işləri ilə gündəmə gəlir. Sevgi həyatı, yatırımlar və yaradıcılıq sahəsində qərarlar verə, hobbilərinizə daha çox vaxt ayıra bilərsiniz. İş yoldaşları ilə bağlı mühüm qərarlar üçün bir az gözləmək daha məqsədəuyğundur. İş həyatınızla bağlı yeniliklər bu həftə diqqət çəkə bilər.
♊ ƏKİZLƏR / YÜKSƏLƏN ƏKİZLƏR
Əziz Əkizlər, həftəyə bacı-qardaş, qohumlar, yaxın ətraf, qısa səfərlər, təhsil və ünsiyyət mövzuları ilə başlayırsınız. Ailə və evlə bağlı yeni qərarlar verə və ya bəzi məsələlərə aydınlıq gətirə bilərsiniz. Sevgi və münasibətlər sahəsində tempin bir qədər yavaşladığını hiss edə bilərsiniz. Ünsiyyətdə çətinliklər yaşana bilər.
♋ XƏRÇƏNG / YÜKSƏLƏN XƏRÇƏNG
Əziz Xərçənglər, həftə maliyyə mövzuları, gəlir-xərc balansı və maddi resurslarla bağlı gündəmlə açılır. Münəsibətlərdə yaxın çevrəniz, qohumlar və ya təhsil mövzularında yeni qərarlar gündəmə gələ bilər. Həftənin sonuna doğru evinizdə dəyişiklik etmək, təmir və ya dekorasiya planları yarana bilər. Bu zaman maliyyə balansınızı düzgün qurmaq vacibdir.
♌ ŞİR / YÜKSƏLƏN ŞİR
Əziz Şirlər, həftə şəxsi istəkləriniz və həyatınızın bütün sahələrində baş verən inkişaflarla başlayır. Xarici görünüşünüzdə dəyişiklik etmək istəyə bilərsiniz. İdman və pəhrizə başlamaq üçün uyğun bir dövrdür. Maliyyə və maddi məsələlər bu həftə daha aktiv olacaq.
♍ QIZ / YÜKSƏLƏN QIZ
Əziz Qızlar, bu həftə bir qədər geri planda qalmaq və enerjinizi bərpa etmək istəyə bilərsiniz. Münasibətlər, iş, görünüş və şəxsi hədəflərlə bağlı bəzi məsələlər aydınlaşa bilər. Münasibətlərdə şəfa enerjisi aktivdir. Daha çox özünüzlə qalmaq və dincəlmək ehtiyacı hiss edəcəksiniz. Maliyyə məsələlərində ehtiyatlı qərarlar vermək tövsiyə olunur.
♎ TƏRƏZİ / YÜKSƏLƏN TƏRƏZİ
Əziz Tərəzilər, həftə dostlar, sosial çevrə, tədbir və dəvətlərlə bağlı mövzularla başlayır. Sağlamlığınıza diqqət yetirməyiniz faydalı olar. Gizli gərginliklər, söz-söhbətlər və ya daxili narahatlıqlar gündəmə gələ bilər. Meditasiya, tək qalmaq və özünüzə zaman ayırmaq bu həftə sizə çox yaxşı təsir edəcək. Fiziki dəyişikliklər, idman və pəhriz planları üçün uyğun vaxtdır.
♏ ƏQRƏB / YÜKSƏLƏN ƏQRƏB
Əziz Əqrəblər, həftə karyera, iş həyatı və cəmiyyətdəki mövqeyinizlə bağlı mövzularla başlayır. İş və karyera məsələləri əsas gündəminiz olacaq. Dostlar, sosial çevrə və gələcək planlarla bağlı yeni qərarlar verə, bəzi insanlarla yollarınızı ayıra bilərsiniz.
♐ OXATAN / YÜKSƏLƏN OXATAN
Əziz Oxatanlar, həftə xariclə bağlı mövzular, uzaq səfərlər, təhsil və ya nəşriyyat sahələri ilə başlayır. İşiniz və cəmiyyətdəki statusunuzla bağlı dəyişikliklər ola bilər. Sizi intensiv və templi bir həftə gözləyir. Çox çalışacaq və əməyinizin qarşılığını alacaqsınız.
♑ OĞLAQ / YÜKSƏLƏN OĞLAQ
Əziz Oğlaqlar, həftə ortaq maliyyə məsələləri, kreditlər, bank işləri və ödənişlərlə bağlı mövzularla başlayır. Uzaq qohumlar və ya həyat yoldaşınızın ailəsi ilə bağlı gündəmlər yarana bilər. Hüquqi və məhkəmə işləriniz varsa, bu sahədə daha çox vaxt sərf etməli ola bilərsiniz. Karyera ilə bağlı ani qərarlardan çəkinin, gözləmək xeyrinizədir.
♒ DOLÇA / YÜKSƏLƏN DOLÇA
Əziz Dolçalar, həftə ikili münasibətlər, evlilik və ya ortaq işlərlə bağlı mövzularla başlayır. Kredit, miras, aliment kimi ortaq maliyyə məsələləri gündəmdə ola bilər. Sağlamlığa diqqət tələb edən bir həftədir. Maliyyə balansında dəyişikliklər mümkündür. Xariclə və hüquqi mövzularla bağlı işlər üçün səbrli olmaq lazımdır.
♓ BALIQ / YÜKSƏLƏN BALIQ
Əziz Balıqlar, həftə iş mühiti, gündəlik rutin və ev heyvanları ilə bağlı mövzularla başlayır. İkili münasibətlər ön planda olacaq. Problemli bir münasibət varsa, açıq danışaraq qərar vermək faydalı olar. Ortaq işlər, bank və kredit mövzularında tələsməmək tövsiyə edilir. Xüsusilə lazımsız xərclərdən uzaq durun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31