Masallıda evlərdən oğurluq edən şəxs saxlanılıb
5 Yanvar 11:42 SosialYanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, o, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31