2025-ci ildə elmi adların verilməsi ilə bağlı statistika açıqlanıb
5 Yanvar 10:59 Sosial2025-ci ildə ümumilikdə 146 nəfərə dosent, 41 nəfərə professor elmi adı verilib.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, 38 dosent, 7 professor adı üzrə müraciətə isə imtina cavabı verilib.
Ən çox dosent adı filologiya (29 nəfər) və texnika elmləri (20 nəfər) sahələrində verilib. Professor elmi adı isə ən çox texnika elmləri (9 nəfər) və iqtisad elmləri (8 nəfər) üzrə verilib. Bəzi sahələrdə (məsələn, siyasi elmlər, fəlsəfə) yalnız professor, bəzilərində isə (məsələn, yer elmləri) yalnız dosent adları verilib.
İmtina hallarının ən çox olduğu sahələr isə tarix (dosent) 7 nəfər, biologiya (dosent) 6 nəfər, filologiya (dosent) 6 nəfər, texnika elmləri (professor) 9 nəfər olub. "Milli təhlükəsizlik və hərbi elmlər" sahəsində 1 nəfərə professor adının verilməsindən imtina edilib, heç bir elmi ad verilməyib. Trend